QafqazPRESS » Gündəm » Azərbaycanda qarlı-şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qarlı-şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qarlı-şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək?




Azərbaycan ərazisində qarlı və şaxtalı hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Fasilələrlə yağıntılı olacaq, sulu qar yağacaq. Günün ikinci yarısı yağıntılar kəsiləcək, şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Məlumata görə, dekabrın 18-dən havaların nisbətən mülayimləşəcəyi, temperaturun yüksələcəyi gözlənilir.



QafqazPress.az

Baxanlar: 246
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.