QafqazPRESS » Hadisə » Baş Prokurorluğun sabiq əməkdaşının məhkəməsi başlayır

Baş Prokurorluğun sabiq əməkdaşının məhkəməsi başlayır

Baş Prokurorluğun sabiq əməkdaşının məhkəməsi başlayır


Həbsdə olan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin sabiq əməkdaşının cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin cinayət işi üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib.

İş üzrə hazırlıq iclası isə martın 14-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulub.


QafqazPRESS.az

Baxanlar: 285
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.