Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/classes/templates.class.php on line 72 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.full.php on line 294 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/classes/templates.class.php on line 77 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/classes/templates.class.php on line 159 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/classes/templates.class.php on line 159 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/index.php on line 105 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/nqafqa442/domains/qafqazpress.az/public_html/engine/modules/show.custom.php on line 98 Xatirə Rəhimli "Əsgər qatilinə çevrilməyək!!!" » QafqazPRESS İnformasiya Agentliyi
QafqazPRESS » Köşə yazıları » Xatirə Rəhimli "Əsgər qatilinə çevrilməyək!!!"

Xatirə Rəhimli "Əsgər qatilinə çevrilməyək!!!"

Əsgər qatilinə çevrilməyək!!!


Cənab generallar, əsgərlər sizin də övladınızdır axı...


Təcavüzkar erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizdən çoxu işğala məruz qalıb və torpaqlarımızın düşməndən azad edilməsi uğrunda igid oğullarımız qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıblar. Əfsuslar olsun ki, torpaqlarımız hələ də düşmən tapdağı altındadır. Əlbəttə, bu, hamı kimi mənim də ürəyimi ağrıdır.
Artıq neçə illərdir müstəqil Azərbaycanın güclü, qüdrətli Milli Ordusu var. Bəs hazırda bu orduda xidmət edən əsgərlər hansı əhval-ruhiyyədədirlər? Əlbəttə, əsgərlərimiz torpaqlarımızı düşmən işğalından azad edəcəkləri günü səbirsizliklə gözləyirlər. Belə olan təqdirdə onlara göstərilən diqqət və qayğı qənaətbəxşdirmi? Yaxud, zabitlərlə əsgərlər arasında münasibət qaneedici səviyyədədirmi?
Yeri gəlmişkən, bu mövzuda 14 noyabr 2008-ci ildə “Azərbaycan gəncliyi” qəzetində geniş yazı ilə çıxış etmişdim. O yazının çox hissəsi tənqid üzərində qurulmuşdu. Çünki o illərdə bəzi hərbi hissələrdə zabit-əsgər münasibətləri heç də arzu edilən səviyyədə deyildi. Həmin yazını da o nöqteyi-nəzərdən qələmə almışdım. Bəs bu gün Milli Ordudakı vəziyyət necə, əvvəlki illərdəkinin təkrarıdır yoxsa, bu zəmində yeni çalarlar sıralanır? Bu mövzuya yenidən ətraflı şəkildə toxunmaq istəyirik.
Əvvəlcə, Milli Ordumuzdakı son illərdəki vəziyyətə nəzər salaq. Son 10 ildə Azərbaycan Ordusu 647 hərbi qulluqçusunu itirib. Yaralanan və xəsarət alanların sayı 571 nəfər olub. 2012-ci ildə isə Azərbaycan Ordusunun 97 itkisi olub. Bunun 16 nəfəri döyüş itkisi, 81 nəfəri isə qeyri-döyüş itkiləridir. Bu məlumatlar yanvarın 8-də “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi tərəfindən “Azərbaycan ordusunda ölənlər: 2012-ci ilin yekunları” mövzusunda keçirilən mətbuat konfransında səsləndirilib. Konfransda o da səsləndirildi ki, 1994-cü ilin may ayından Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri 3700 nəfərdən artıq hərbi qulluqçu həlak olub.
Bu statistik məlumata nəzər yetirdikdə çox ciddi suallar meydana çıxır. Axı necə ola bilər ki, atəşkəs dövründə Azərbaycan Ordusu bu qədər hərbi qulluqçusunu itirib, amma buna baxmayaraq, 1 metr də olsun Azərbaycan torpaqları düşmən işğalından azad olunmayıb?! Ordumuzdakı çoxlu sayda hərbi qulluqçu itkisinə səbəb nədir? Ələlxüsus, son illər Azərbaycan ordusunda əsgər itkilərinin və intiharların da sayı çoxalıb. Təəssüf ki, bu istiqamətdə qabaqlayıcı tədbirlər hələlik heç bir nəticə vermir. Hansı səbəbə?
Düşünürük ki, bunun real səbəbini axtarmalıyıq. Bəlkə də bu kimi xoşagəlməz və bağışlanılmaz hadisələrin kökündə rüşvətxorluq və korrupsiya dayanır. Orduda baş vermiş neqativ hallar mətbuat nümayəndələrinin yazdığına və hərbi müstəqil ekspertlərin də söylədiyinə görə, ciddi və şəffaf şəkildə araşdırılmır. Bunun da nəticəsində bir çox cinayətkar şəxslər cəzasız qalır. Cəzasızlıq da yenidən müəmmalı şəkildə əsgər ölümünə, hərbi hissələrdə xaosa və özbaşınalığa gətirib çıxarır.
Bir ildə orduda 97 əsgərin həlak olması nə deməkdir? Bu itkinin cəmi 16-sı döyüş itkisi olub. Axı Azərbaycanın Milli Ordusu “ölüm kazarması” deyil. Məgər Azərbaycan Ordusu cəzaçəkmə müəssisəsi funksiyasını yerinə yetirir? Bir çox hallarda isə 2-3, hətta, 1 ayın əsgəri xəstəlikdən dünyasını dəyişir. Buna misal olaraq göstərək ki, bu günlərdə 20 günün əsgəri hospitalda xəstəlikdən gözlərini əbədi olaraq yumdu. Bu məqamda belə bir fikir yaranır. Əgər hərbi xidmətə çağırılan gənc hansısa xəstəlikdən əziyyət çəkirsə, o, nəyə görə xidmətə göndərilir? Xəstəlikdən əziyyət çəkən gənc Tibbi Komissiya tərəfindən sənədlərdə nə üçün hərbiyə yararlı kimi göstərilir? Nəticədə, hərbi sahədəki yüksək çinli məmur üzərinə əsgər ölümləri ilə bağlı heç bir məsuliyyət götürmür və o, cinayət məsuliyyətinə cəlb olunmur. Ümumiyyətlə, əsgərə qarşı hər hansı fiziki güc və zorakılıq qəbuledilməzdir.
Digər bir ciddi məsələyə də toxunaq. Azərbaycan Ordusunda xidmət edən hərbçilərin sosial təminatı çox aşağı səviyyədədir. Baxmayaraq ki, orduya Azərbaycan dövləti tərəfindən yetərincə dəstək var. Hər il Milli Məclisdə Dövlət Büdcəsi yenidən qəbul ediləndə Azərbaycan ordusuna yüksək məbləğdə maliyyə vəsaiti ayrılır. Bəs onda orduya ayrılan maliyyə vəsaiti hara, kimə və necə xərclənir? Düşünürük ki, hərbi sahədəki nöqsanları aradan qaldırmaq üçün birinci növbədə qeyd etdiyimiz bu məsələlərə diqqət yetirilməlidir. O zaman əsgər ölümlərindəki əsl günahkarlar üzə çıxar.
Əgər hərbi hissədə çalışan zabitin əməkhaqqı aşağı səviyyədə və az miqdardadırsa o, təbii ki, əsgərin valideynlərindən pul istəyəcək və gözü həmişə əsgərin cibində olacaq. Maraqlıdır, hər il hərbi büdcədə artım var, lakin bu, hərbçilərin sosial təminatında özünü bir o qədər də göstərmir. Yəni, dövlət tərəfindən ayrılan bu artım ordudakı hərbi qulluqçuların sosial-iqtisadi təminatında, onların yaşam tərzində hiss olunmur. Bunun günahkarı kimdir? Ayrılan vəsait hara sərf olunur?
Belə nəticəyə gəlmək olur ki, bəlkə də mülki sahədə olduğu kimi, hərbi sahədə də rüşvətxorluq və korrupsiya mövcuddur. Hərbi sahə qapalı olduğu üçün söylədiyimiz bu məsələləri araşdırmaq çətindir. Eləcə də, orduda şəxsi heyət arasında bəzi problemlər baş verir, şəxsi münasibətlər pisləşir, hətta intihar halları qaçılmaz olur. Ürək ağrıdan haldır ki, bu hallar son illər əsgərlərlə yanaşı, zabitlər arasında da müşahidə olunur. Bu, nə ilə əlaqədardır: psixoloji çatışmazlıqla, yoxsa...
Azərbaycan Ordusunda xidmət edən əsgərlərin mənəvi-psixoloji durumu demək olar ki, son vaxtlar qənaətbəxş deyil. Əsgər və zabit arasındakı münasibətlərə nizamnamə qaydasında qismən əməl olunur. Ötən il ərzində baş vermiş əsgər ölümləri bir daha onu göstərir ki, orduda nizamnamədən kənar əsgər və zabit münasibəti hələ də davam edir. Orduda günü-gündən artan bu cür mənfi və xoşagəlməz hallar nə üçün aradan qaldırılmır? Bəlkə bununla bağlı qanunvericilikdə hansısa boşluq var? Cənab generallar, bu fikrə çox ciddi yanaşmaq önəmli olar. Çünki hərbi sahəyə ictimai nəzarəti artırmaq da müsbət effekt verər.
Bir ağrılı məsələni də diqqətə çatdırmaq istəyirik. 1994-cü il təvəllüdlü, 3 ayın əsgəri, ailənin tək övladı, 18 yaşlı Qubatov Ceyhun Zaman oğlu yanvarın 8-də hərbi hissədə qəflətən dünyasını dəyişib. Hərbi hissədən onun ailəsinə əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildiriblər. Əsgərin ailə üzvləri isə onun döyülərək öldürüldüyünü deyir. Sözsüz ki, əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı açılmış cinayət işi başa çatdıqdan sonra istintaq bu işə hüquqi qiymət verəcək. Yəqin ki, bu hadisə ilə bağlı günahkar olan şəxslər cəzadan yaxa qurtara bilməyəcəklər. Amma bütün bunlar əsgər Ceyhun Qubatovu bir daha həyata qaytarmayacaq. Əfsus, çox əfsus. Yəni, ilin ilk günlərində Azərbaycan ordusu bir əsgərini də belə itirdi. Ürək parçalayan bu ağrını, bu dərdi çəkmək 18 yaşlı Ceyhunun anası Samirə Qurbanova üçün çox ağırdır.
Yenidən yazının əvvəlində qeyd etdiyimiz bir fikrə qayıdaq. Ürək ağrıdan faktlardan biri də odur ki, Azərbaycan ordusu ötən il, yəni, 2012-ci ildə 97 əsgərini itirib. Bu cümləni yazandan sonra insan necə ürək ağrısı keçirtməsin? Həqiqətən, çox ağır hadisədir. 97 əsgərin ölümü o deməkdir ki, 97 gəncin taleyi qaralıb, ömrü yarıda qalıb, 97 ocaq sönüb, 97 tər çiçək solub, 97 Ana isə oğulsuz qalıb. Deməli, 97 ananın ah-naləsi göylərə ucalıb. Dünyasını dəyişmiş bu əsgərlərin ölümünə cavabdeh olan yüksək vəzifəli şəxslərdən soruşmaq lazımdır ki, onlar nəyin və kimin uğrunda həlak olublar. Qeyd etdik ki, bu 97 əsgərin 16-sı düşmən gülləsindən həlak olub, yəni, Vətən, torpaq uğrunda şəhid olub.
Bəs 81 əsgər hansı səbəblərə görə dünyasını dəyişib? Belə görünür ki, qeyri-döyüş şəraitində ölən 81 əsgər ordudakı yüksək çinli məmurların, cavabdeh şəxslərin məsuliyyətsizliyindən və işdə yol verdikləri nöqsanlardan həyatlarını itiriblər. Maraqlıdır, bu qədər əsgərin ölümünə görə heç bir yüksək rütbəli zabit həbs olunmayıb, yaxud da tutduğu vəzifədən azad edilməyib. Cənab generallar və cənab zabitlər, düşünməyə dəyər!!! Kaş ki, bu haqda düşünəydiniz. Bax, onda orduda xidmət edən bütün əsgərlər hərbi xidmətini başa vurub, sağ-salamat doğmalarının yanına qayıdarlar. Lakin heç cür inanmağımız gəlmir ki, bir müddət əvvəl müəmmalı şəkildə dünyasını dəyişən 18 yaşlı əsgər Ceyhun Qubatovun ölümü sonuncu olacaq...
Azərbaycan Ordusunda xidmət zamanı müxtəlif səbəblərə görə dünyasını dəyişən əsgərlər, demək olar ki, hamısı aztəminatlı və kasıb, yoxsul ailələrin övladlarıdır. Bu əsgərlərin sırasında təbii ki, yüksək post sahibi olan məmurların övladlarının adı yoxdur. Bu cümləni xatırlatmağı özümüzə borc bilirik. Vətən təkcə yoxsul və kasıb ailələrin övladlarının Vətəni deyil, Azərbaycan həm də məmur övladlarının Vətənidir. Bunu isə heç vaxt unutmaq olmaz. Çünki Səmavi kitabda yazılıb ki, “Vətəni sevmək imandandı”. Vətənə, torpağa, yurda sevgini Azərbaycanın bütün vətəndaşları göstərməlidir.
Hər bir Azərbaycan vətəndaşı ordudakı əsgər ölümləri ilə bağlı etiraz səsini ucaltmalıdır. Məgər Azərbaycanda əsgər-insan həyatı bu qədər ucuzlaşıb? Axı burda insan həyatından söhbət gedir. İnsan həyatı olduqca qiymətlidir. Bir ildə orduda 97 əsgər dünyasını dəyişirsə, deməli, orduda özbaşınalıq, neqativ hallar və məsuliyyətsizlik hökm sürür. Azərbaycan ordusundakı hərc-mərclik, əsgərlərə qarşı edilən haqsızlıq, məsul vəzifəli şəxslərin və zabitlərin məsuliyyətsizliyi nə vaxtadək davam edəcək? Ümumiyyətlə, bu kimi qanunsuzluqlara son qoyulacaqmı? Cənab generallar, bu sualları birbaşa sizlərə ünvanlayırıq. Həllini gözləyən bu vacib məsələlər haqqında düşünməyin vaxtı çatmayıbmı? Düşünün cənablar, düşünün, sonra gec olar. Bir fikirdə deyildiyi kimi: ziyanın yarısından qayıtmaq da xeyirli ola bilər. Ona görə də, cənab generallar, siz də çalışın ki, Azərbaycan ordusuna yalnız və yalnız xeyir verə biləsiniz.
Səmavi kitabda deyilir: Əsgərə zülm edəni Allah da bağışlamaz. Çünki əsgərə zülm etmək günahdır. Əsgəri incitmək, əsgərə zülm vermək Allaha üsyandır. Siz də elə işləyin ki, Allah qarşısında günah qazanmayasınız. Çünki Allahın dərgahından günahkarlar girə bilməz. Ona görə də Allah qarşısında üzüağ olmaq lazımdır, cənab generallar və zabitlər. Əsgərə sevginizi göstərin ki, Tanrı da sizlərə sevgi göstərsin. Əsgərlərlə sevgi və məhəbbətlə danışın. Bunu unutmayın, unutmayın ki, Tanrı da sizi unutmasın.
Deyilənlərə əlavə olaraq bir nüansı da qeyd edək ki, son illər ölkənin bəzi telekanallarında vətənpərvərlik mövzusunda verilişlər çox az-az hallarda efir üzü görür. Hərbi hissələrdə, ümumilikdə, cəbhə xəttində qulluq edən əsgərlərlə bağlı nəzərə çarpacaq dərəcədə Vətən ruhlu verilişlər hazırlanmır. Əslində, müharibə şəraitində olan ölkənin telekanallarında vətənpərvərlik mövzusuna daha çox yer ayrılmalıdır. Gələcəyin əsgəri olacaq gənclərdə vətənpərvərlik ruhu aşılamaq daha vacibdir. Bunun əvəzində isə bir çox telekanallar bolluca konsert proqramları nümayiş etdirirlər. Əksər televiziya kanallarına baxanda, əyləncəli şou proqramların, meyxanaların və bir-birinin təkrarı olan mətbəx verilişlərinin şahidi oluruq. Günün neçə saatını çalmaq, oxumaq və oynamaq olar?
10 il ərzində 647 hərbi qulluqçusunu itirən ölkənin telekanallarında bu qədər çalıb-oynamaq hansı anlama xidmət edir? Bu, açıq-aşkar biyabırçılıqdır. Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alsaq, bu qədər bayağı, şou proqramlar, bu qədər çalmaq, oxumaq, oynamaq kimlərə sərf eləyir axı? Hər bir iş öz çərçivəsində olsa, daha yaxşıdır. Əgər avtomobil çox yüksək sürətlə idarə olunarsa, sonda qəza törənir və ağır nəticələr yaranır. Bu baxımdan da, həmin telekanallar öz iş prinsiplərinə diqqət etsələr, yaxşı olardı. Unutmayaq ki, Ana Vətənimizin 20 faizdən çox torpaqları düşmən əsarətində inildəyir və azad olunacaqları o möhtəşəm qələbə gününü gözləyir. Torpağı qəsb olunmuş dövlətin teleməkanlarında əsasən vətənpərvərlik mövzusundakı verilişlər yer almalıdır, şou proqramlar yox.
Yenidən əsgər-zabit münasibətinə qayıdaq. Əgər zabit əsgərlə kobud rəftar edir, onu təhqir edirsə, əsgəri ağır işgəncələrə məruz qoyursa, bu xoşagəlməz hallar heç bir etik normaya uyğun gəlmir. Bu, əsl qəddarlıq və vəhşilikdir. Buna heç bir ad vermək mümkün deyil. Bu vəhşiliyi heç nə ilə müqayisə etmək olmaz.
Eləcə də, onlarla əsgər hərbi xidmətdən evə xəstəliklə dönür. Bu hallar isə sübuta yetirir ki, hərbi hissələrdə əsgərlər neqativ hallarla üzləşiblər və xoşagəlməz münasibətlə qarşılaşıblar. Azərbaycan ordusundan tərxis olunan çoxlu sayda əsgərin səhhətində yaranmış ciddi problemlər söylədiklərimizi bir daha təsdiqləyir. Bir fikirdə olduğu kimi: görünən kəndə nə bələdçi. Azərbaycan ordusundakı problemləri görmək nə üçün bu qədər çətindir, mane olan nədir axı? Bu sual ölkə vətəndaşlarını çox ciddi şəkildə narahat etməli və düşündürməlidir. Cənab generallar və zabitlər, orduda mövcud olan problemlərin səbəbini harada axtaraq?
İnanın ki, əsgərlərə göstərilən mənfi münasibət onların ana vətəninə olan sevgisini heçə endirir. Əsgərin ürəyindəki Vətən sevgisini öldürmək olmaz. Ölkə Konstitusiyasında əsgərin də bir vətəndaş kimi hüququ göstərilir. Əsgərin hüququ pozularsa o, öz pozulmuş hüquqlarına görə, hüquqi çərçivədə aidiyyəti dövlət orqanlarına müraciət edə bilər. Əsgəri komandirinin təkidi ilə digər əsgər yoldaşı amansızcasına döyürsə, əsgər öz komandiri tərəfindən yumruqla, şilləylə, təpiklə döyülürsə, söyüşlərlə təhqir olunursa, ordudakı hansı nizam-intizamdan söhbət gedə bilər? Bu kimi mənfi halların yaranmaması üçün, hərbi hissələrdə lazımi yerlərə müşahidə kameraları qoyulsa, pis olmaz və hər hansı хошаgəlməz hadisə baş verərsə, o zaman qaranlıq qalmış məqamlar da üzə çıxar.
Cənab generallar, əsgər hərbin sirlərinə yiyələnməli, silahla davranmağı öyrənməli, vətənin, torpağın keşiyində dayanmalıdır. Əsgər hərbi təlimlərdə iştirak etməlidir. Əsgərin əlinə süpürgə yox, silah-sursat verilməlidir. Əsgər hərbi texnikanın sirrinə yaxından bələd olmalıdır. Əsgər döşəmə yumaz, qab yumaz, əsgərin əlində avtomat olar. Əsgərin psixoloji durumuna da nəzarət olunmalıdır. Bu, reallıqdır, reallığı isə başa düşmək vacib amillərdən biridir, cənab generallar.
Hərbi hissədə həyatını itirmiş, internet vasitəsilə video görüntüləri yayılmış, üz-gözündə işgəncə izləri görünən 18 yaşlı əsgər Ceyhun Qubatovun şəkillərini görən əsgər analarının həmin gecə gözlərinə yuxu getdimi? Yəqin ki, yox. Axı hər bir ata-ana əziyyət çəkib övladını boya-başa çatdırmaq üçün. Ceyhunu işgəncə ilə bu günə salanlar vicdan əzabı çəkirmi? Onların Azərbaycan vətəndaşı olmağa haqqı çatırmı?
Əsgər ölümləri ilə bağlı hərbi strukturlarda işləyən 1-ci, 2-ci və 3-cü dərəcəli cavabdeh vəzifəli şəxslərdən, yüksək rütbəli məmurlardan hansısa istefa ərizəsi yazıbmı? Bildiyimizə görə heç biri. Şərhə ehtiyac duyulmur. O da sirr deyil ki, orduda təsadüfi hallarda olsa da, “dedovşina” problemi ilə qarşılaşırıq. Yenicə hərbi xidmətə başlamış əsgər tabeçiliyində olduğu çavuş tərəfindən təhqir edilirsə, yaxud vurulursa, döyülürsə, bu, mənəviyyatsızlığın ən qəddar formasıdır. Təəssüf ki, belə dözülməz hallara Azərbaycan ordusunda bu gün də rast gəlinir.
Yazının sonunda bir məsələni də vurğulayaq. Azərbaycanın Milli Ordusunda sözün əsl mənasında vətənini, torpağını sevən hərbçilər, zabitlər, generallar da az deyil. Orduda vicdanı təmiz, pak olan generallar və zabitlər də var desək, yanılmarıq. Azərbaycan ordusunda vicdanla xidmət edən general-mayor Heydər Piriyev və polkovnik-leytenant Şakir Səlimov kimi igid, vətənpərvər, vətənini, torpağını öz canı qədər ürəkdən sevən, öz işinə məsuliyyətlə yanaşan hərbçilər də var. Bu zabitlərin hər ikisi Dağlıq Qarabağdakı döyüşlərdə şücaət, hünər və böyük qəhrəmanlıq göstəriblər. Bu vətənpərvər oğullar hərbçi kimi bu gün də torpaqlarımızı düşməndən azad etməyə hazırdırlar. Ona görə ki, bu Vətən oğullarının qəlbində həqiqi mənada əsl Vətən məhəbbəti və əsl Vətən sevgisi yurd salıb. Belə zabitlərlə öyünmək, fəxr etmək böyük şərəfdir.
General-mayor Heydər Piriyev çıxışlarında dəfələrlə qeyd edib ki, “orduda xidmət edən hər bir əsgər övladımızdır, hər bir əsgərə övlad sevgisi, övlad məhəbbəti göstərək ki, əsgərdə vətənpərvərlik hissi güclü olsun!” Bəli, cənablar, əsgərə belə sevgi göstərmək lazımdır. Yaxşıdan nümunə götürmək heç vaxt gec deyil.
Bir çox ölkələrdə ordu peşəkarlardan formalaşdırılır. Azərbaycan ordusunda da bu praktika tətbiq olunsa, daha effektli nəticələr yaradar. Zənnimizcə, Azərbaycanın Milli Ordusu da qeyri-peşəkarlardan deyil, peşəkar hərbçilərdən formalaşdırılsa, o zaman əsgər ölümlərinə də son qoyular.
Əlavə bir məsələyə də diqqət yetirək: bu da əsgər yaşının bir qədər artırılması prosesidir. Zənnimizcə, silahlı qüvvələrdə çağırış yaşını 19-20-yə qaldırmaq olar. Çünki həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı gənclər psixoloji və fiziki baxımdan hazırlıqsız olurlar. Belə olarsa, orduda neqativ hallar da qismən aradan qaldırılar. Fikrimizcə, hərbi xidmətə çağırışın 20 yaş həddində olması məqsədəuyğundur. Bu yaş həddində insan lazımınca formalaşa bilər. Ordunun çox sayda qeyri-peşəkarlardan ibarət olmağındansa, bir qədər az, yəni, normal sayda peşəkar hərbçilərdən ibarət olması xeyirli və məqbuldur. Düşünürük ki, bu qaydalar tətbiq olunsa, orduda intizamsızlıq da olmaz, neqativ hallar və xoşagəlməz hadisələr də baş verməz. Orduda bu kimi dəyişikliklər etməyin zamanıdır.
Azərbaycan ordusundakı əsgər ölümlərinə son qoyulmasa, bunun həddən ziyadə ağır fəsadları və acı nəticəsiylə qarşılaşa bilərik. Zabitlərin əsgərlərlə qul kimi davranmağa heç bir hüququ və ixtiyarı yoxdur. Çünki hər bir əsgər azad və müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Bu hüququ nəinki hansısa zabit, heç general da poza bilməz, tapdalaya bilməz. İstəyimiz isə odur ki, Vətənin keşiyində dayanan Azərbaycan əsgərlərinin hüququ heç vaxt, heç zaman pozulmasın, tapdalanmasın. Bir fikirdə deyilir: zabit daha çox vətəndaşdır.
İstərdik ki, bu yazıda qələmə alınan tənqidi fikirlərdən və söylənilən iradlardan Müdafiə Nazirliyinin, həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi, eləcə də, məsul şəxsləri çox ciddi nəticə çıxartsınlar. Çünki hərbi strukturlarda və Milli Orduda baş verən neqativ hallara, xoşagəlməz hadisələrə bilavasitə, bu hərbi qurumların rəhbərləri cavabdehdir. Elə ona görə də, bu sahədə yaranmış problemləri adlarını qeyd etdiyimiz bu hərbi qurumların cavabdeh və məsul şəxsləri yubanmadan, tezliklə həll etməlidirlər. Əks təqdirdə, onlar çox gecikərlər. Buna görə, birinci növbədə Vətəni, torpağı, Ana yurdu sevmək yetərli və vacibdir.
Cənab generallar və zabitlər! Vətəninizi sevin, axı Azərbaycan sizin də Vətəninizdir. Vətən sevgisindən, Vətən məhəbbətindən heç vaxt ayrı düşməyin. Ürəyiniz həmişə Vətənin sevgisilə, Vətənin məhəbbətilə döyünsün. Vətən sevgisi gözəl sevgidir. Bu gözəllikdən, bu sevgidən uzaq olmayın.
Bu yazını xoş notlarla sona çatdırmaq istəyirik. Ürəkdən arzu edirik ki, Azərbaycan ordusunda daha peşəkar zabitlərin yetişdiyini görək. Çünki zəbt olunmuş Azərbaycan torpaqlarını düşmənin işğalından Azərbaycanın qüdrətli və güclü Milli Ordusu azad etməlidir. Bəli, cənab generallar, əsir düşən şəhər və kəndlərimizi, yurd yerlərimizi, torpaqlarımızı düşmənlərdən azad etməyin vaxtıdır. Düşmənin işğal etdiyi torpaqlarımızı azad edə bilməsək, inanın ki, Vətən bizi bağışlamayacaq. Hamımızın bir amalı olsun gərək. Vətən sevgisi ilə, Vətən məhəbbəti ilə yaşayaq!

Xatirə Rəhimli

Baxanlar: 16699
Xəbəri dərc etdi: Xatirə Rəhimli






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.