QafqazPRESS » Kriminal » Gəncədə gecə qanlı cinayət törədən şəxs məhkəmədə

Gəncədə gecə qanlı cinayət törədən şəxs məhkəmədə

Gəncədə gecə qanlı cinayət törədən şəxs məhkəmədə


Gəncədə gecə saatlarında 1989-cu il təvəllüdlü İlqar Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olan məlumat əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Gəncə şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, aparılan istintaqla 1981-ci il təvəllüdlü Elxan Hüseynovun fevralın 7-də saat 23:00 radələrində şəhərin N.Nərimanov və B.Əliyev küçələrinin kəsişdiyi ərazidə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla İlqar Həsənovun bədəninin müxtəlif nahiyələrinə həyat üçün təhlükəli xəsarətlər yetirməsində günahlandırılır. O, həmçinin hadisə yerinə kənar şəxslərin toplaşdığını görüb oradan qaçaraq onu öldürməyə yönəldilən əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan cinayət işi Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsinə tövsif olunub.

Gəncə şəhər Prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elxan Hüseynov tutulub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Gəncə şəhər Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirlir.




QafqazPRESS.az

Baxanlar: 284
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.