QafqazPRESS » Siyasət » Kənd Təsərrüfatı Nazirliyində iki məmur vəzifəsini itirdi

Kənd Təsərrüfatı Nazirliyində iki məmur vəzifəsini itirdi

Kənd Təsərrüfatı Nazirliyində iki məmur vəzifəsini itirdi Qeyd edək ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gəlişindən az sonra iki nazir müavini – Aslan Aslanov və Bəhram Əliyev prezidentin sərəncamı ilə işdən çıxarılıblar. Heydər Əsədov bildirib ki, nazir müavini vəzifəsinə yeni təyinat gerçəkləşdirmək prezidentin səlahiyyətlərinə aiddir.

“Nazirin özünə müavin təyin etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət prezidentə məxsusdur. İki nazir müavini postu hələ ki boşdur. Bir müavinim var, mən də hələlik onunla işləyirəm. Aparatın rəhbəri öz xahişi ilə işdən gedib. Burada digər qurumların rəhbərləri yerindədir. Onlarla işləyirəm”-deyə Heydər Əsədov qeyd edib.

Heydər Əsədov bu il oktyabrın 22-də formalaşdırılan yeni hökumətdə kənd təsərrüfatı naziri təyin edilib.






Mənbə: Modern.az

Baxanlar: 315
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.