QafqazPRESS » Mədəniyyət » Şərəfli ömür yolu!

Şərəfli ömür yolu!

Şərəfli ömür yolu!
Qiymət Məhərrəmlinin 50 illik yubileyinə
Azərbaycan ədəbi mühitində şair-publisist Qiymət Məhərrəmli özünəməxsus yer tutur. Kövrək ürək sahibi Qiymət xanımı 13 ilə yaxındır ki, tanıyıram. O, dəyərli şair, alim, sevimli ana və gözəl ailə sahibidir. Bu ziyalı xanım ölkənin ictimai həyatında bir alim və vətəndaş kimi də öz bacarığını əsirgəmir. Nə xoş ki, Qiymət xanım kimi ziyalı xanımlarımız var.
Qiymət Məhərrəmli bu günlərdə 50 illik yubileyini qeyd etdi. Mən də Qiymət xanıma öz ürək sözlərimi qələmə aldığım bu yazıyla demək istəyirəm. Əlbəttə, söyləyəcəyim bütün xoş sözlər bu ziyalı xanıma layiqdir. Çünki o, yaşadığı 50 illik ömür yolunda çox uğurlara imza atıb. Çox zəhmətkeş insandı bu xanım. Həyatda qazandığı hər bir uğuru üçün çox əziyyət çəkib. Təbii ki, onun çəkdiyi əziyyət öz gözəl bəhrəsini verib.
Qiymət xanımın şeirlərini çox sevirəm. Onun yaradıcılığı ilə bağlı mətbuatda geniş yazı ilə çıxış etmişəm. Bu yazını isə onun ad gününə - şad gününə, ömrünün bu əlamətdar, gözəl gününə təbrik olaraq qələmə aldım.
İstərdim ki, yaradıcılığına dəyər verdiyim bu xanımın şeirləri hər zaman sevilsin və yaşasın. Şair qələmi həmişə oxunaqlı və könüllər oxşayan misralar yazsın. Qələmindən süzülən şeirlər heç vaxt tükənməsin, ömrü xoş ovqatla keçsin! Ömrünün gələcək günləri də gözəl ovqatda ötsün!
Əzizim Qiymət xanım! Böyük Yaradandan diləyim budur ki, həyatın bütün gözəllikləri nəsibiniz olsun. Şad günlərinizdə hər zaman doğmalarınızın, dostlarınızın əhatəsində olasınız. Üzünüzdə xoş təbəssüm, gözlərinizdə sevinc olsun həmişə. Şair qələminizdən qəlb oxşayan, könülləri riqqətə gətirən şeirlər süzülsün. Şeirləriniz öz yüksək dəyəri ilə, öz gözəlliyi ilə ürəkləri fəth etsin. Ömrünüz-gününüz firavan olsun, bu şad gününüz kimi. Ocağınızın odu, evinizin çırağı heç vaxt sönməsin. Kövrək ürəyinizdən sevgi-məhəbbət heç zaman azalmasın. Uca Allahın sevgisi, məhəbbəti sizinlə olsun! Ömür yollarında ən xoş arzularla baş-başa qalasınız. Arzularınız qanad açsın, pərvaz etsin. Ömrünüzü firavanlıqla yaşayasınız! Gözlərinizdəki sevincdən uzaq düşməyəsiniz. Həyatın ən şirin neməti olan cansağlığı sizi tərk etməsin. Ömrünüz xoş günlərlə bəzənsin!
Çox sevdiyim Qiymət xanım!
50 illik yubileyiniz münasibəti ilə sizi təbrik edirəm, sizə uzun ömür və cansağlığı arzu edirəm! Ad gününüz - şad gününüz mübarək olsun deyirəm! Neçə-neçə belə gözəl yubileylərinizi sizi sevənlərlə birgə qeyd edəsiniz. Sevib-sevilməkdən ayrı düşməyəsiniz. Bundan sonrakı ömrünüz də xoş günlərlə ötsün. Ürəyiniz sevgilərlə dolu olsun hər zaman. Ömrünüzü hər zaman sevgi-məhəbbət bürüsün, istəkli Qiymət xanım!

Hörmətlə,
şair-publisist
Xatirə ƏZİZ

Baxanlar: 721
Xəbəri dərc etdi: Xatirə Rəhimli






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.