QafqazPRESS » Şou-biznes » Aşıq Samirənin əri boşanmalarından danışdı

Aşıq Samirənin əri boşanmalarından danışdı

Aşıq Samirənin əri boşanmalarından danışdı


Verilişlərin birinə qonaq olan aşıq Samirə boşanmağı barədə olan söz-söhbətdən bezdiyini bildirib.

“Xahiş edirəm mənim boşanmağım və şəxsi həyatım barədə danışmayın. Bu verilişə bu məqsədlə çağırıldığımı bilmirdim. Bilsəydim, gəlməzdim. Şəxsi həyatım və boşanmağım barədə danışmaq istəmirəm və burada nöqtə qoyuram”.

Aşıq Samirənin həyat yoldaşı Rizvan da boşanmaqları barədə show.az-a açıqlamasında bu xəbəri təsdiqləyib. O, indiyə kimi bu mövzu barədə danışmamasını isə belə əlaqələndirdi.

“Artıq yollarımız ayrılıb. Boşanmışıq. Mediada işıqlandırmaq istəmədik. O xanımla artıq ayrı yaşayırıq. Mənim barəmdə xəbər saytarında səhv məlumat da getmişdi. Yazılmışdı ki, guya mənim ilk evliliyimdən bir övladım var. Lakin mənim ilk övladım Samirə xanımla evliliyimdəndir. Onun ilk həyat yoldaşından olan qızı da mənə öz övladım kimi idi. Mənə ata kimi baxırdı. Boşansam da, övladımla əlaqəm var. Oğlumla görüşürəm, birgə vaxt da keçiririk”.



QafqazPRESS.az

Baxanlar: 441
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.