QafqazPRESS » Şou-biznes » Elza Seyidcahan tanınmaz hala düşdü

Elza Seyidcahan tanınmaz hala düşdü

Elza Seyidcahan tanınmaz hala düşdü
Qadınların qorunmasına start verildi. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun tədbir keçiriləcək.

25 noyabr qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə “Park Bulvar” ticarət mərkəzində “Qadına vurma, vurul!” şüarı altında tədbir keçiriləcək.

Layihə Azərbaycanın tanınmış qadınların iştirakı ilə fotosərgi formasında hazılanıb. Xüsusi dekor və çəkim formatına hazırlanmış fotosərgidə əks olunan fotolarda xanımlar zorakılığı ifadə edən formada qrim olunublar.

Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, Eurovision təmsilçimiz Sabina Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Gunay Malikqızı, jurnalist Ülkər Qasımova və “Birliyə Doğru” təşlatının sədri Zərifə Quliyeva çəkilmişdir.

Qadınların bu imicini Gürcüstandan xüsusi dəvət olunmuş qrim ustası Mariya İnasaridze hazırlayıb. Fotoların müəllifi isə fotoqraf Ruslan Teymurflutovdur. Layihə çərçivəsində mövzunun gündəmə gətirilməsi üçün promo aksiyalar, televiziya çəkimləri və s nəzərdə tutulub.




Mənbə: Ans Press

Baxanlar: 368
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.