QafqazPRESS » Şou-biznes » "Adam içində" qalmaqal getdikcə böyüyür Aralarında böyük qalmaqal yaşanan aşıq Namiq və Aynur Qurbanqızı bu gün yenidən üz-üzə gələcəklər

"Adam içində" qalmaqal getdikcə böyüyür Aralarında böyük qalmaqal yaşanan aşıq Namiq və Aynur Qurbanqızı bu gün yenidən üz-üzə gələcəklər

"Adam içində" qalmaqal getdikcə böyüyür Aralarında böyük qalmaqal yaşanan aşıq Namiq və Aynur Qurbanqızı bu gün yenidən üz-üzə gələcəklər
Ötən həftə “Adam içində” proqramında baş verən qalmaqal böyüməkədir. Verilişdə qonaq qismində iştirak edən aşıq Namiq və hüquq müdafiəçisi Aynur Qurbanqızı yenidən üz-üzə gələcəklər.

Belə ki, ötən buraxılışlarda canlı yayım zamanı aşığın xanıma: “Sənin kimi adını jurnalist qoyanlara mən 50 manat verib yazı yazdırıram” deməsi, Aynuru özündən çıxarıb. Aynur Qurbanqızı proqramdan sonra sosial şəbəkədə Namiqin ona qarşı şantajla çıxış etməsini yazıb..

“Bu Namiq indi də məni şantaj edir, ya görüşək, ya səni biabır edəcəm, saytını bağlatdıracam, filan... Bu adam deyəsən qarşısındakının kim olduğunu bilmir. Puluna güvənir, səni belə saxlayacam, deyir. Pulun başına dəysin, sənin kimi kişilər mənim yanımdan heç yel ötüb keçə bilməz”, - deyə Facebook səhifəsində yazıb.

Tərəflər “Adam içində” proqramının bu günki buraxılışında üz-üzə gələrək bu fikirlərə aydınlıq gətirəcəklər.


Mənbə: Ans Press

Baxanlar: 527
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.