QafqazPRESS » Sosial » Məmur övladlarının bu gün toyudur

Məmur övladlarının bu gün toyudur

Məmur övladlarının bu gün toyudur


Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin övladlarının bu gün toyudur.

Nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.

Toy mərasimi “Buta Palace”da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.

Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir.


QafqazPress.az

Baxanlar: 512
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.