QafqazPRESS » Sosial » Azərbaycanda qızların erkən nikahı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qızların erkən nikahı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qızların erkən nikahı ilə bağlı AÇIQLAMA


Dövlət Komitəsindən təkzib: “5 min qızın erkən nikahı barədə məlumat saxtadır”
“Komitə UNİCEF-lə həmin məlumatı dəqiqləşdirib. Təşkilatdan bizə bildiriblər ki, Azərbaycanda erkən nikahlarla bağlı heç bir rəqəm açıqlanmayıb”.

Bu sözlərlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qızın nikaha girməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yayılan xəbərə münasibət bildirən Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elgün Səfərov Modern.az-a bildirib ki, Azərbaycanda il ərzində təqribən 2200-2100 arasında qeyri-rəsmi nikah bağlanır. “Təbii ki, bunun dəqiq statistikasını aparmaq imkanı yalnız dövlətin imkanları daxilindədir”.

Sözügedən nikahların 30-40%-nin erkən nikahlar olduğunu deyən Komitə sözçüsü onu da bildirdi ki, bu təzahür ilbəil azalır. “Hər il demək olar ki, 100 nəfər bundan çəkinir. Həmin nikahların təxminən yarısı yaşı 15, 16, 17 olanlarla bağlıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə UNİSEF-in Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qızın nikaha girməsi ilə bağlı məlumatlar yayılıb. Bu barədə ilk olaraq öz Facebook hesabında hüquqşünas Rəşid Hacılı yazıb.




QafqazPress.az

Baxanlar: 275
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.