QafqazPRESS » Sosial » Qarlı hava ilə əlaqədar rayon avtobus reysləri təxirə salınmayıb

Qarlı hava ilə əlaqədar rayon avtobus reysləri təxirə salınmayıb

Qarlı hava ilə əlaqədar rayon avtobus reysləri təxirə salınmayıb



Azərbaycanda şaxtalı və qarlı hava avtomobil yollarında müəyyən problemlər yaradıb. Lakin əlverişsiz hava şəraitilə əlaqədar rayonlar arası avtobus reysləri təxirə salınmayıb. Bakı Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda avtovağzal gücləndirilmiş iş rejimində işləyir. Onun sözlərinə görə, avtobus reyslərinin təxirə salınmasından söhbət gedə bilməz.

“Hazırda Avtovağzaldan bütün avtobuslar vaxtında yola düşür. Reyslərin təxirə salınması kimi hallar yoxdur. Əlerişsiz hava şəraiti olmasına baxmayaraq bu, avtobus səfərlərinə heç bir mənfi təsir göstərmir. Bütün istiqamətlərə gedən avtobuslar qış mövsümünə tam hazırdı. Avtobusların hamısı zəncir və digər vasitələrlə təmin olunub. Lakin bilmək lazımdır ki, zənciri yalnız qar yola tam dolduqda taxmaq lazımdı. Avtobusların istilik sistemləri də saz vəziyyətindədir”, - deyə Məhəmməd Abdullayev bildirib.

Məhəmməd Abdullayev onu da əlavə edib ki, şimal istiqamətində yollar qardan təmizləndiyi üçün, həmin ərazilərə də avtobuslar işləyir: “Sürücülərə tapşırılıb ki, Ağsu-Şamaxı-İsmayıllı yolundan istifadə etməsinlər. Alternativ yol kimi aşağı Kürdəmir istiqamətindən hərəkət edirlər”, - deyə Məhəmməd Abdullayev vurğulayıb.

Şaxtalı havada avtobusların gediş haqqında süni artıma gəlincə, Məhəmməd Abdullayev buna da ciddi nəzarət olunduğunu bildirib. Avtovağzal rəsmisi onu da əlavə edib ki, son günlər, şaxtalı hava ilə əlaqədar, rayonlara gedənlərin sayında da xeyli azalmalar hiss olunur.

“”Bütün istiqamətlərə gedənlərin sayı xeyli azalıb. Məsələn, Gəncəyə gedən avtobsuda 45 yerin cəmi 19-u tutulmuşdu. Süni qiymət artımına da nəzarət edirik”, - deyə Məhəmməd Abdullayev bildirib.




QafqazPress.az

Baxanlar: 395
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.