QafqazPRESS » Sosial » Xocalını anırıq (FOTO)

Xocalını anırıq (FOTO)

Xocalını anırıq (FOTO)


Bu gün ermənilərin Xocalı şəhərində törətdikləri qırğından 22 il ötür. Bu münasibətlə paytaxt Bakıdakı Xocalı abidəsinə səhər saatlarından ziyarət başlayıb. Yüzlərlə azərbaycanlı, o cümlədən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət rəsmiləri, nazirlər "Ana harayı" abidəsini ziyarət ediblər.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı abidə önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini yad edib.

Çox sayda insanın yığışdığı abidə önündə qələbəlik yaşanıb. Xocalıda yaxınlarını itirənlər, bu faciənin dəhşətlərini qəlbində hiss edənlər göz yaşlarına boğulublar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

QafqazPRESS.az

Baxanlar: 249
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.