» » Mer etirazlara çağırdı

Mer etirazlara çağırdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 fevral 2014
//
Bölmə: Gündəm
Mer etirazlara çağırdı


Venesuelanın paytaxtı Karakasda hökumət tərəfdarları və müxalifətin təşkil etdiyi kütləvi aksiyaların iştirakçıları arasında toqquşmalar zamanı 3 nəfər ölüb. ANS PRESS-in məlumatına görə, müxalifət lideri Leopoldo Lopesin sözlərinə görə, motosikletlə hərəkət edən polis 100-dən çox etirazçıya atəş açıb, bu zaman 2 etirazçı həlak olub. Venesuela parlamentinin rəhbəri Diosdado Kabelyo isə 1 hökumət tərəfdarının öldürüldüyünü bildirib.

Venesuela müxalifəti zorakılıqlara baxmayaraq, Karakasda anti-hökumət nümayişlərini davam edəcəyini bəyan edib. Müxalifət liderlərindən biri olan Karakas meri Antonio Ledesma da müxalifət tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Venesuela prezidenti Nikolas Maduro isə aksiyalar zamanı ölüm faktının araşdırılacağını deyib.

Dünənki aksiya indiyədək Maduro əleyhinə ən kütləvi aksiya olub. Maduronun tərəfdar və əleyhdarlarının aksiyaları bir vaxtda baş tutub. Müxalifət repressiyalara son qoyulmasına və həbsdə saxlanılan müxalifət tərəfdarlarının azad edilməsini tələb edir.



QafqazPRESS.az
banner125x125 banner125x125