Bakıda daha bir “maraqlı” piyada keçidi - FOTO
Bakının Nərimanov rayonu ərazisində çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
ın məlumatına görə, söhbət rayonun Ələsgər Qayıbov küçəsindən gedir.
Metronun “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə piyada keçidinin üzərindən qaz xətti keçir. Vətəndaşlar həmin yoldan keçmək üçün ya gərək qaz xəttinin altından keçsinlər, ya da ki üstündən.
Bəs görəsən sözügedən ərazidə bu “maraqlı” mənzərənin yaranmasına səbəb nədir? Həmin yerdə piyada keçidi birinci olub, yoxsa qaz xətti ?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalar Birliyinə (İB) sorğu ünvanladıq.
Qurumun Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə yerləşən qaz xətti yeni çəkilməyib:
“Artıq uzun illərdir ki, həmin qaz xətti sözügedən ərazidə istismardadı. Lakin piyada səkisi yeni salınıb. Bəlkə də abadlıq işi görülən zaman piyadalar üçün səki qoyulub. Buna baxmayaraq “Azəriqaz” İB-nin Təmir-tikinti İdarəsi əraziyə baxış keçirib. Mövcud vəziyyətdə mümkün ola biləcək bütün tədbirlər nəzərdən keçiriləcək”.
Oxu.Az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR