» » 500 min manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

500 min manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 fevral 2021
//
Bölmə: İqtisadiyyat
500 min manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı



"Amrah Bank"ın Müşahidə Şurasının və "AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.
Qafqazpress.az “report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.
Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir. O, 2020-ci ildə həbs edilmişdi.
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.
Xatırladaq ki, Ü.İldırımzadə "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir.
banner125x125 banner125x125