» » Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar

Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar

Müəllif: Səma Zərdablı
//
Tarix: 24 dekabr 2019
//
Bölmə: Hadisə

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.
Qafqazpress.az Report-un məlumatına görə, bildirir ki şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.
Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.
Faktla bağlı araşdırmalara başlanılıb.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125