» » Piyadanı vurub aradan çıxan sürücü yaxalandı

Piyadanı vurub aradan çıxan sürücü yaxalandı

Müəllif: Səma Zərdablı
//
Tarix: 31 yanvar 2020
//
Bölmə: Hadisə
Piyadanı vurub aradan çıxan sürücü yaxalandı


Yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Qazax rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini F.Abdulkərimov vurulmuş və o, xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2103" markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125