Hərbi Hava Qüvvələrinin zabiti niyə intihar edib?
Müdafiə Nazirliyi ötən gün Hərbi Hava Qüvvələrinin zabitinin intihar etməsi barədə məlumat yayıb. ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumat görə, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub. Xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti "polkovnik-leytenant" hərbi rütbəsi verilib.
Eyni zamanda Polkovnik-leytenant N.Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib.
Tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR