Bakıda ABŞ səfirliyinin maşını qəza törətdi

Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin xidməti avtomobili qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, hadisə gecə saatlarında Nəsimi rayonu, Tbilisi prospektində qeydə alınıb.
Hadisə zamanı "Kia" və "Toyota" markalı minik maşınları toqquşub. Müəyyən edilib ki, nəqliyyat vasitələrinin hər ikisi Bakıxanov dairəsindən metronun 20 Yanvar stansiyası istiqamətində hərəkət edirmiş. Ancaq iki yolun ayrıcında "Toyota" markalı avtomaşının sürücüsü qəfildən əyləci basıb. Ara məsafəsini qorumayan "Kia" markalı avtomaşının sürücüsü isə bu qəzadan yayına bilməyib və arxadan digər avtomaşına çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktı Yol Patrul Xidmətinin əməkdaşları araşdırır.
Qeyd edək ki, "Toyota" markalı avtomaşın Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə məxsus olub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR