» » Bakının mərkəzində güclü yanğın: polis maşını ilə birlikdə 4 avtomobil alovlandı

Bakının mərkəzində güclü yanğın: polis maşını ilə birlikdə 4 avtomobil alovlandı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Hadisə
Bakının mərkəzində güclü yanğın: polis maşını ilə birlikdə 4 avtomobil alovlandı



13:56

Milli.Az FHN-ə istinadən bildirir ki, Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkərləri, "Kia" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

---------
11:46

Bakının mərkəzindəki avtomobil dayanacağı yanıb. Milli.Az xəbər verir ki, hadisə Xaqani 53 ünvanında, köhnə dəyirmanın yanındakı dayanacaqda baş verib. Biri polis maşını olmaqla üç avtomobil yanıb.

Yanğının artıq söndürüldüyü deyilir. Xəsarət alan yoxdur.




QafqazPRESS.az