» » Hüseyn Dəryanı ölümə aparan şəxs tutuldu

Hüseyn Dəryanı ölümə aparan şəxs tutuldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyun 2014
//
Bölmə: Hadisə
Hüseyn Dəryanı ölümə aparan şəxs tutuldu



Nəsimi rayonunun hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhər sakini Hikmət Şahverdiyevə cinayət işi açılıb
Millli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

H.Şahverdiyev 2008-ci ildə məşhur reper Hüseyn Dəryaya narkotik satdığına görə reperlə birgə həbs edilib. Həmin vaxt H.Şahverdiyev Hüseyn Dəryaya narkotik maddə olan heroin satmaqda günahlandırılıb və 1 il müddətinə azadlıdan məhrum edilib. O, cəzasını çəkərək 2009-cu ildə azadlığa çıxıb.

Bu dəfə günahı sübuta yetirilərsə, H.Şahverdiyevi 3 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, məşhur reper martın 15-də 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.


QafqazPRESS.az
banner125x125 banner125x125