Azərbaycanda müəllimlə elektrikin fırıldağı
Ötən gün Saatlıda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Milli.Az CTV-yə istinadən bildirir ki, Zahir Məmmədov adlı şəxs Saatlı rayon Polis Şöbəsinə gələrək rayon sakinləri Nazim Əliyev və Kamil Paşayev adlı şəxslər tərəfindən aldadıldığı ilə bağlı müraciət edib.
Dərhal əməliyyat-axtarış işlərinə başlayan rayon polis bölməsinin əməkdaşları adıçəkilən şəxsləri şübhəli şəxs qismində saxlayaraq şöbəyə gətiriblər. İstintaq zamanı məlum olub ki, əvvəlcədən əlbir olan şəxslər müxtəlif dövrlərdə 20-yə yaxın şəxsdən külli miqdarda vəsait alaraq onlara təqaüd düzəldəcəklərini söz veriblər. Həmçinin onlara şəxsi hesab kartı düzəldərək bunun təqaüd kartı olduğunu bildiriblər. Törətdikləri əməli etiraf edən "qəhrəmanlar" peşman olduqlarını da dilə gətiriblər.
Qeyd edək ki, saxlanılan şəxslərdən Kamil Paşayev orta məktəblərdən birində fizika-riyaziyyat müəllimi, digər şəxs Nazim Əliyevin isə özəl şirkətlərdən birində elektrik işində çalışdığı bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR