» » Roberto Mançini ayrıldı

Roberto Mançini ayrıldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 iyun 2014
//
Bölmə: İdman
Roberto Mançini ayrıldı


"Qalatasaray" baş məşqçisi Roberto Mançini ilə yollarını ayırıb.

ANS PRESS-in məlumatına görə, sarı-qırmızılı klub İtalyan mütəxəssislə müqaviləni qarşılıqlı şəkildə ləğv etdiyi birjaya bildirib.

Klubun birjaya göndərdiyi yazıda İtalyan məşqçinin mövsüm sonuna kimi olan bütün məvaciblərinin ödənildiyi bildirilib. "Qalatasaray" rəsmi internet saytından da bu barədə məlumat yayımlanıb.

Məlumatda qeyd edilir ki, tərəflər dostluq və qarşılıqlı anlaşma ilə yollarını ayırma qərarı alıblar: "Hörmətli baş məşqçimizin qazandırdığı uğurlar üçün ona ürəkdən təşəkkür edir və bundan sonrakı işlərində uğurlar diləyirik".



QafqazPRESS.az
banner125x125 banner125x125