» » Azərbaycanda “Android”in bazardakı payı azalıb

Azərbaycanda “Android”in bazardakı payı azalıb

Müəllif: Səma Zərdablı
//
Tarix: 02 noyabr 2020
//
Bölmə: İqtisadiyyat
Azərbaycanda “Android”in bazardakı payı azalıb



Azərbaycanda “Windows”un bazardakı payı artıb.
Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında “Windows” istifadəçilərinin sayı 46,57 faiz təşkil edib.
Ötən ay “Android” istifadəçilərinin sayı “Windows” istifadəçilərininin sayından çox olsa da, oktyabrda “Android” birinciliyi əldən verərək ikinci yerdə qərar tutub.
Oktyabr ayında bazarda “Android” istifadəçilərinin sayı 36,63 faiz təşkil edib. Sentyabr ayında bu göstərici 44,84 faiz olub.
İOS istifadəçiərinin sayında cüzi də olsa artım var. Oktyabr ayında İOS istifədəçilərinin sayı 10,31 faiz təşkil edib. Bu göstərici sentyabrda daha az - 7,88 faiz olub.
banner125x125 banner125x125