Pandemiya ictimai iaşə obyektlərinin gəlirlərini iki dəfə azaldıb
Ölkədə ictimai iaşə dövriyyəsi pandemiya ilə əlaqədar kəskin azalıb.
Qafqazpress.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-noyabr aylarında ümumi ictimai iaşə dövriyyəsinin həcmi 682 milyon 809,6 manat təşkil edib. İctimai iaşə dövriyyəsi ötən ilə nisbətən 52,1 faiz azalıb.
Bu dövrdə dövlət müəssisələri üzrə ictimai iaşə dövriyyəsi cəmi 4 milyon 875,5 min manat olub. Dövlət sektorunda ictimai iaşə dövriyyəsi 63,6 faiz azalıb. Qeyri-dövlət müəssisələrində isə ictimai iaşə dövriyyəsinin həcmi 52 faiz azalaraq 677 milyon 934,1 manat təşkil edib. O cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus müəssisələrin iaşə dövriyyəsi 55,3 faiz azalaraq 362 milyon 800 manat olub.
Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 315,1 milyon manat olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkədə ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 412 milyon manat təşkil edib. 2018-ci illə müqayisədə bu göstərici 6,1 faiz çox olub. Bu il isə pandemiyanın yaratdığı səbəblərdən dolayı ictimai iaşə obyektlərinin fəaliyyətində məhdudiyyətlər yarandığından ictimai iaşə dövriyyəsi iki dəfədən çox azalıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR