» » “İrşad Electronics” şəhid övladlarına 100 ədəd planşet hədiyyə edəcək

“İrşad Electronics” şəhid övladlarına 100 ədəd planşet hədiyyə edəcək

Müəllif: Səma Zərdablı
//
Tarix: 24 dekabr 2020
//
Bölmə: İqtisadiyyat
“İrşad Electronics” şəhid övladlarına 100 ədəd planşet hədiyyə edəcək


Hər zaman sosial layihələri ilə cəmiyyətimizə töhfəsini verən “İrşad Electronics” bu dəfə də həmrəylik günü münasibəti ilə Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladlarını sevindirib. Şirkət 100 şəhid övladının təhsilinə dəstək olmaq məqsədilə uşaqlara planşetlər təqdim etməyə başlayıb.
“Məktubunuz çatdı, hədiyyəniz yoldadır!” adlı sosial layihə ölkənin müxtəlif şəhər və rayonlarından olan ailələri əhatə edir. Bu barədə məlumat verən “İrşad Electronics” şirkətinin İdarə Heyətinin üzvü, Marketinq departamentinin rəhbəri Əli Bədəlov bildirib ki, Vətən uğrunda şəhid olan igidlərimizin bizə, bütün azərbaycanlılara əmanət qalan övladlarına sahib çıxmaq borcumuzdur:
“Biz də şirkət olaraq övladlarımızın təhsili üçün addım atmağa qərar verdik. Uşaqların sosial şəbəkələrdə yayılan, həmçinin bizə ünvanlanan məktublarını və müraciətlərini diqqətə alaraq 100 nəfərlik siyahı üzrə balaca dostlarımızın hədiyyələrini göndərməkdəyik. Təhsil bir insanın xilası, yeni həyata atacağı uğurlu addımın başlanğıcıdır. Qəhrəmanlarımızın övladlarına dəstək olmaqdan qürur duyuruq”.
Qeyd edək ki, həmrəylik günü öncəsi belə bir addım atan “İrşad Electronics” II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib.
Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20 000 manat dəyərində isti geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideyninin itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşınadək himayəsinə götürüb.
banner125x125 banner125x125