» » "Azəriqaz" ixtisarlarla bağlı açıqlama verdi

"Azəriqaz" ixtisarlarla bağlı açıqlama verdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 fevral 2014
//
Bölmə: İqtisadiyyat
"Azəriqaz" ixtisarlarla bağlı açıqlama verdi



Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bir sıra rayonların qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər payladığı bildirilir.

"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev ANS PRESS-ə açıqlamasında bunun səbəbini bildirib.

“Bildirişlərin verilməsi doğrudur. Bu addım strukturun təkmilləşdirilməsi ilə əlaqədar atılıb. Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılıb", - deyə Araz Ağayev bildirib.

Araz Ağayev bildirib ki, bu sadəcə xəbərarlıq xarakterli bildirişlərdir: "Heç bir ixtisardan söhbət getmir, sadəcə bir çox ştatlar bir mərkəzdə cəmləşəcək".


QafqazPRESS.az
banner125x125 banner125x125