Azərbaycanın Baş naziri Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçildi
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Milli.Az bildirir ki, Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR