» » Azərbaycanda qida təhlükəsizliyi müzakirə edildi

Azərbaycanda qida təhlükəsizliyi müzakirə edildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycanda qida təhlükəsizliyi müzakirə edildi


Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən “Dövlət–Bizness Əməkdaşlığı” Layihəsi (State-Business Cooperation Project) davam edərək növbəti tədbiri 02 May tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə dəyirmi masa keçirib.

ANS PRESS-in məlumatına görə, tədbirdə bir sıra hotellərin və restoranların nümayəndələri, Azərbaijan Sahibkarlar Konfederasiyası və bir neçə müstəqil ekspertlər iştirak ediblər.

“Qida təhlükəsizliyi” mövzusunda keçirilən tədbir bu sahədə düzgün və səmərəli normativlərin dinləyicilərə çatdırılması, ərzaq məhsullarının alınması, emalı, saxlanması, içtimai iaşə sektorunda tətbiq edilən gigiyena və sanitariya normaları və onlara riayət olunması və digər maarifləndirmə xarakterli cıxışlarla müşaidə edilib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin Müdiri İmran Abdullayev məruzəsində qeyd edib ki, son dövrdə qonaqpərvərlik sənayesinin sürətlə inkişaf etməsi, hotellərin və içtimai iaşə müəsissələrinin sayının artması müşaidə edilir. Bu müəsissələrdə gigiyena və sanitariya normalarına riayət edilməsi sektorun inkişaf proseslərində prioritet rol oynayır və göstərilən xidmətlərin keyfiyyətinə bilavasitə təsir göstərir. Bəzi xarici dövlətlərin bu sahədə olan təcrübələrindən danışaraq, HACCP, İSO 22000 və digər beynəlxalq standartların tələbləri açıqlanıb.

Geniş diskussiyalar zamanı qonaqpərvərlik sənayesində çalışan əməkdaşların tibbi müayinəsinin mərkəzləşdirilməsi və onların qeydiyyatının tənzimlənməsində bir sıra təkliflər irəli sürülüb. Profilaktik dezinfeksiya xidmətlərinin nisbətən baha olması qeyd edilib. Eyni zamanda iştimai iaşə müəsissələrinin yaranmasında tətbiq edilə biləcək normaların və qaydaların daha ciddi nəzarəti mexanizmləri müzakirə edilib. Diabetik menyuların hazırlanması üsullarında olan boşluqlar haqqında fikir mübadiləsi aparılıb.

Assosiasiyanın Layihə Rəhbəri Orxan Məmmədov qeyd edir ki, ölkənin hotelçilik və restoran biznesi nümayəndələrinin təkliflərini nəzərə alaraq Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə “Dövlət – Bizness Əməkdaşlığı” Layihəsinə (State-Business Cooperation Project) 2013-cü ildə start verilib. Layihə çərçivəsində ölkə hotelçilərinin və restoran biznesi nümayəndələrinin dövlət qurumları ilə görüşləri, qonaqpərvərlik sənayesində dövlətin tətbiq etdiyi müvafiq qanunların və qaydaların açıqlanması, ölkədə biznes mühütünün dahada yaxşılaşdırılmasına yönəlmiş proseslərin və biznes üçün önəmli olan sualların müzakirəsi nəzərdə tutulur. Layihənin əsas məqsədi qonaqpərvərlik sənayesinin aparıcı qüvvəsi olan hotelçilik və içtimai iaşə sektoru və müvafiq dövlət qurumları arasında dialoq yaradaraq iqtisadiyyatın bu sahəsinin inkişafına yardımçı olmaq.



QafqazPRESS.az
banner125x125 banner125x125