» » Trans-Xəzər qaz kəməri Aİ ölkələrinə enerji tədarükünün şaxələndirilməsinə imkan verəcək

Trans-Xəzər qaz kəməri Aİ ölkələrinə enerji tədarükünün şaxələndirilməsinə imkan verəcək

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: İqtisadiyyat
Trans-Xəzər qaz kəməri Aİ ölkələrinə enerji tədarükünün şaxələndirilməsinə imkan verəcək




Trans-Xəzər qaz kəməri layihəsinin reallaşdırılması Avropa İttifaqı (Aİ) ölkələrinə enerji tədarükünün şaxələndirilməsi üçün yaxşı fürsət ola bilər.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, qaza olan yüksək tələbat nəzərə alınaraq Aİ Türkmənistandan qaz nəqlinin təmin olunmasından razı qala bilərdi: "Aİ Trans-Xəzər boru kəməri layihəsini dəstəkləyir".

Qeyd edək ki, Aİ, Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər qaz kəmərinə dair danışıqlara 2011-ci ilin sentyabrında başlanılıb.


QafqazPRESS.az
banner125x125 banner125x125