» » Azərbaycanda 2020-ci ilədək sığortanın inkişafı konsepsiyası hazırlanır

Azərbaycanda 2020-ci ilədək sığortanın inkişafı konsepsiyası hazırlanır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycanda 2020-ci ilədək sığortanın inkişafı konsepsiyası hazırlanır


Azərbaycan Maliyyə Nazirliyi ölkənin Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə 2020-ci ilədək dövr üçün nəzərdə tutulan Azərbaycanda sığortanın inkişafı konsepsiyasını hazırlayır.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konsepsiya respublikada sığorta bazarının inkişafının əsas istiqamətlərini əhatə edir.

Bayramov deyib: "Hazırda konsepsiyanın layihəsi sığorta şirkətləri ilə müzakirə olunur və yekun variant onlara tövsiyə qismində təqdim olunacaq".




QafqazPRESS.az
banner125x125 banner125x125