Azərbaycan valyuta bazarının həftəlik icmalı
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78428 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi
4 avqust
0,7843
11 avqust
0,7843
5 avqust
0,7843
12 avqust
0,7843
6 avqust
0,7843
13 avqust
0,7843
7 avqust
0,7843
14 avqust
0,7843
8 avqust
0,7843
15 avqust
0,7842
Həftə ərzində orta
0,7843
Həftə ərzində orta
0,78428
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr avqustun 12-də 82 min dollar və avqustun 14-də 5,629 milyon dollar həcmində həyata keçirilib. Avqustun 11, 13-u və 15-də sövdələşmələr aparılmayıb.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi
4 avqust
0,7829
11 avqust
0,7829
5 avqust
0,7829
12 avqust
0,7829
6 avqust
0,7829
13 avqust
0,7829
7 avqust
0,7829
14 avqust
0,7829
8 avqust
0,7829
15 avqust
0,7829
Həftə ərzində orta
0,7829
Həftə ərzində orta
0,7829
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR