SSRİ-nin son günü: Qarbaçov necə əsəbiləşdi?
Belarusun sabiq rəhbəri Stanislav Şuşkeviç SSRİ-nin dağılması ilə bağlı maraqlı məqamlar açıqlayıb.
Rusiya mediası xəbər verir ki, Şuşkeviç SSRİ-nin buraxılmasını bəyan edən sənədi imzalayan ərəfədə yaşananları danışıb:
"Sənədi imzalayandan sonra məlumat vermək üçün mən Qorbaçova zəng edirdim, Yeltsin isə Buşa. Mən bürokratik əngəlləri dəf edib Qorbaçova zəng edənədək Yeltsin artıq Buşla danışırdı. Qorbaçov xəbəri eşidib "Siz bilirsiz nə etdiz? Dünya ictimaiyyəti sizi qınayacaq! Hiddətlə!" dedi, sonra isə soruşdu: "Buşun xəbəri olanda nə olacaq?". Ona "Yeltsin artıq Buşla danışıb, normal qəbul etdi" deyəndən sonra Qorbaçov susdu və sonra mənimlə vidalaşdı".
Qeyd edək ki, 1991-ci il dekabr ayının 8-də Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç, Rusiya Federasiyasının rəhbəri Boris Yeltsin və Ukraynaya başçılıq edən Leonid Kravçuk SSRİ-nin buraxılması haqqında sənədi imzaladı. Bununla da dünyaya meydan oxuyan və XX əsrin ən totalitar imperiyalarından biri olan SSRİ tarixə qovuşmuş oldu. Lakin həmin vaxt SSRİ-nin varlığına son qoyan 3 ölkə rəhbəri eyni zamanda qırmızı imperiyanın xarabalıqları üzərində yeni qurumun - Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə razılığa gəlmiş və bununla bağlı onlar tərəfindən müvafiq sənəd də imzalanmışdı.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR