» » Prezident İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

Prezident İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 aprel 2014
//
Bölmə: Siyasət
Prezident İlham Əliyev Danimarka Kraliçasını təbrik edib



Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın milli bayramı – Kraliçanın təvəllüd günü münasibətilə Kraliça II Marqreteyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubda ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcək.

Azərbaycan Prezidenti bu əlamətdar gündə Kraliçaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar diləmiş, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.


QafqazPRESS.az
banner125x125 banner125x125