» » Prezident 3 rayonun icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

Prezident 3 rayonun icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 aprel 2014
//
Bölmə: Siyasət
Prezident 3 rayonun icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM



Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev Ağdam, Tərtər və Kürdəmir rayonlarının icra başçılarını tutduqları vəzifədən azad edib.

Prezidentin müvafiq sərəncamları ilə İrşad Nadir oğlu Əliyev Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı, Nizami Yəhya oğlu Sadıqov isə Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifələrindən azad edilib.

Prezident Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısı, həmçinin Ceyhun Fərrux oğlu Cəfərovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
banner125x125 banner125x125