» » Əli Həsənov: “Biz onun bəhrəsini görürük”

Əli Həsənov: “Biz onun bəhrəsini görürük”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 may 2014
//
Bölmə: Siyasət
Əli Həsənov: “Biz onun bəhrəsini görürük”



Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctiami Şuranın növbəti iclası keçirilir.

AzVision.az-ın məlumatına görə, iclas “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunub.

İclasda gənclər və idman naziri Azad Rəhimov və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak edib.

Azad Rəhimov gənclər təşkilatlarının fəaliyyətindən danışıb, o vurğulayıb ki, hazırda gənclər təşkilatlarının sayı 250-ni keçib:

"Bir müddət öncə isə gənclər təşkilatlarının sayı 55 idi. 2003-cü ildən Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihələrin sayı 550-ni keçib. Bu məqsədlə dövlət büdcəsindən 13 milyon 247 min manat vəsait ayrılıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının xarici donorlardan asılılığına son qoyulub və onlar üçün yeni imkanlar yaradılıb. 2003-2013-cü illərdə ilk dəfə olaraq Azərbaycanın 5 təşkilatı Avropa Şurasında gənc aktiv vətəndaş mükafatına layiq görülüb. Hazırda gənclər təşkilatları 30-dan artıq beynəlxalq qurumda təmsil olunur".

Nazir qeyd edib ki, Gəncə şəhərinin 2016-cı il Avropanın gənclər paytaxtı seçilməsi ölkəmizdə aparılan gənclər siyasətinin uğurlarının beynəlxalq səviyyədə tanınması, eləcə də Azərbaycan gənclərinin ciddi işinin nəticəsidir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, gənclər təşkilatları, qeyri-hökumət təşkilatları, mətbuat - bütün bu sahələrin əsasında Heydər Əliyevin ideyaları, onun konsepsiyası, baxışları dayanır.

“Azərbaycan vətəndaşlarının avanqard hissəsi olan gənclərin Heydər Əliyevin 91 illiyinin qeyd etməsi tamamilə təbiidir. Azərbaycan gənclər siyasətidə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan dövlətinin həyata keçirdiyi dövlət proqramları tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilib təməli qoyulub. Biz bu gün onun bəhrəsini görürük.Heydər Əliyev irsinin davam etdirən İlham Əliyev hakimiyyətə gələndən sonra gənclər siyasəti sahəsində görülən işlər nəinki zəifləmədi, əksinə dahada artdı. Çünki İlham Əliyev özü gənclikdən yenicə ayrılmışdı və dövlət siyasətinə gənclik sırasından daxil oldu”.


QafqazPRESS.az
banner125x125 banner125x125