» » Prezident İlham Əliyev Azərbaycanın Kanadadakı səfirini geri çağırdı

Prezident İlham Əliyev Azərbaycanın Kanadadakı səfirini geri çağırdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: Siyasət
Prezident İlham Əliyev Azərbaycanın Kanadadakı səfirini geri çağırdı




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın".




QafqazPRESS.az
banner125x125 banner125x125