» » Əbülfəs Qarayev nazirlikdə kadr dəyişiklikləri etdi

Əbülfəs Qarayev nazirlikdə kadr dəyişiklikləri etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev nazirlikdə kadr dəyişiklikləri etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 04.10.2013 tarixində elan edilmiş dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin nəticələrinə əsasən aşağıda adları qeyd edilən namizədlər müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçərək Mədəniyyət və Turizm Nazirliyinin aparatında və şəhər (rayon) mədəniyyət və turizm idarələrində (şöbələrində) olan vakant vəzifələrə təyin ediliblər:

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a Abasquliyev Məhəmməd İsmayıl oğlu İncəsənət şöbəsinin dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunda aparıcı məsləhətçi, Kərimov Sehran Sərxan oğlu Analitik təhlil və proqram təminatı şöbəsində aparıcı məsləhətçi, Əliyev Cavid Ramiz oğlu Elm və təhsil şöbəsinin elmi-metodiki sektorunda məsləhətçi vəzifəsinə;

Muradzadə Pərvanə Salman qızı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, Əhmədova Günel Həsən qızı baş məsləhətçi, Süleymanova Günay Şöhrət qızı aparıcı məsləhətçi, Məlikova Gülnar Əliheydər qızı isə beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçi vəzifəsinə;

Həsənov Adil İmran oğlu Tovuz rayon, Əliyeva Mətanət Davud qızı isə Ağstafa rayon mədəniyyət və turizm şöbəsində məsləhətçi vəzifəsinə təyin ediliblər.

Vakant vəzifələrin tutulması üçün keçiriləcək növbəti müsabiqəyə isə ümumilikdə 27 vəzifə təqdim edilib:

Nazirliyin aparatında Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçi, məsləhətçi, Kadrlar şöbəsinin məsləhətçi, Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri, təbliğat sektorununun aparıcı məsləhətçi, turizm sənayesi ilə iş sektorunun məsləhətçi, Kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı sektorunun baş məsləhətçi, Maliyyə və uçot şöbəsinin məsləhətçi, İşlər şöbəsinin məsləhətçi, İnvestisiya və texniki proqramlar şöbəsinin texniki nəzarət sektorunun böyük məsləhətçi vəzifələri;

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən beynəlxalq əlaqələr sektorunun müdiri, baş məsləhətçi-hüquqşünas və işlər sektorunun müdiri vəzifələri;

Daşkəsən, Xocavənd, Masallı, Şabran, Ağdam rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçi vəzifələri;
Şəki şəhər, Abşeron, Cəlilabad, Kürdəmir, Quba,Qəbələ, Masallı, Samux və Şabran rayon mədəniyyət və turizm şöbəsinin baş mühasib vəzifələri.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin ümumi sektorunun müdiri və Zaqatala rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçi vəzifələri ümumi müsahibəyə çıxarılıb.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125