» » Şəkidə türkdilli rəssamlar bir arada

Şəkidə türkdilli rəssamlar bir arada

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Mədəniyyət
Şəkidə türkdilli rəssamlar bir arada


1997-ci ildən ənənəvi olaraq təşkil olunan TÜRKSOY "Rəssamlar görüşü" türk dünyasının təsviri sənət ustalarını bir araya gətirir. Bu il ilk dəfə olaraq həmin tədbir Azərbaycanda keçirilir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, türkdilli rəssamlar bu dəfə Şəki haqqında təəssüratlarını TÜRKSOY-un rəsm kolleksiyasına daxil edəcəklər.

Tədbirə türk dünyasının müxtəlif ölkələrində 14, Azərbaycandan 3 rəssam qatılıb. Qonaqlarla çay süfrəsi arxasında görüşən Şəki şəhər İcra Hakimiyyətinin başçısı onlara Şəki haqqında ətraflı məlumat verib. Şəki ilə yaxından tanışlıqdan sonra rəssamlar buranın tarixi abidələri, qədim adət ənənələrini öz tablolarında təsvir edəcəklər. Çəkiləcək tabloların sərgisi 1-5 iyul tarixlərində Şəkidə keçiriləcək 5-ci Beynəlxalq İpək Yolu musiqi festivalı çərçivəsində nümayiş olunacaq. Sərgidən sonra tabloların bir hissəsi Şəki şəhər İcra Hakimiyyətinə hədiyyə ediləcək, bir hissəsi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcək.



QafqazPRESS.az
banner125x125 banner125x125