Bu cərrahi əməliyyat xərçəng yaradır? - Məşhur cərrah açıqladı (VİDEO)
Həm qüsursuz bədən quruluşuna sahib olmaq, həm də ac qalmamaq istəyirik. Bəzən isə vəziyyət o həddə çatır ki, artıq pəhrizin də köməyi olmur. Bu zaman tək çarə əməliyyat olur. Pəhriz saxlaya bilməyən insanlar birdəfəlik canını qurtarmaq istəyir. Lakin ölüm ehtimalı çox insanı tərəddüddə qoyur. Bəs mədəkiçiltmə əməliyyatı hansı halda edilməlidir?
Bu barədə ümumi cərrah, bariatrik-metabolik cərrah Taryel Ömərov danışıb. O bildirib ki, piylənməni aradan qaldırdıqda, onun gətirəcəyi xəstəliklərin də qarşısı alınır: “Müəyyən xərçəng növləri var ki, piylənmədən əziyyət çəkən insanlarda sağlam çəkili insanlara nisbətən daha çox rast gəlinir. Biz bu gün piylənməni bu və ya digər səbəblə aradan qaldırırıqsa, piylənmənin özüylə gətirdiyi xəstəlik də aradan qalxır. O vaxt piylənmə cərrahiyyəsini edirik ki, pasient idman və pəhrizdən nəticə ala bilmir. Bunun nəticəsində yanaşı gedən xəstəliklər yaranmağa başlayırsa, artıq əməliyyat göstəriş sayılır”.
Ömərovun sözlərinə görə, əməliyyatda uğursuzluq müxtəlif səbəblərdən ola bilər: “Uğursuz əməliyyatın səbəbi müxtəlif ola bilər. Əgər həkim ucbatından əməliyyatda problem olubsa, texniki olaraq səhv olubsa, bu, yaxın 1 il ərzində özünü biruzə verir. Bu müddətdən sonra pasient kökəlməyə başlayır”.
Cərrah eyni zamanda mədəkiçiltmə əməliyyatının faydalarından və risklərindən də danışıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR