İNSANLARI TƏŞVIŞƏ SALAN SAXTA SPIRTLI IÇKI TƏHLÜKƏSI SOVUŞDU? - VİDEO
Kustar üsulla istehsal edilən spirtli içkilərdən bir müddət əvvəl səkkiz nəfər zəhərlənərək dünyasını dəyişdi.
Mağazalarda brend adıyla satılan, ancaq keyfiyyətsiz olan bəzi içkilər alıcıların bu məhsullara inamını azaldıb.
Mütəxəssislər isə bildirirlər ki, alkoqollu içkinin keyfiyyətini yoxlamaq üçün onu çalxalamaq lazımdır. Bu zaman əgər şüşə qabın içində iri qabarcıqlar əmələ gələrsə, bu məhsulun keyfiyyətinin itirməsini göstərir. Əksinə, xırda qabarcıqlar görünürsə, onda içki keyfiyyətlidir.
Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyir ki, son günlərdə insanları təşvişə salan spirtli içki təhlükəsi artıq aradan qalxıb.
“Ötən ay klinikaya 35 müraciət daxil olub ki, onlardan da səkkiz nəfər dünyasını dəyişib. Hadisə içkilərin tərkibində metil spirtinin yaratdığı fəsadların təsirindən baş vermişdi. Görülən tədbirlərdən sonra artıq spirtli içkidən zəhərlənmə halları az qeydə alınır. Daha çox Təcili Tibbi yardıma sərxoşluqla bağlı zənglər daxil olur” - deyə toksikoloq qeyd edib.
Səkkiz nəfərin həytına son qoyan, tərkibində qida elementinin olmadığı metil spirtinin ölkədəki dövriyyəsi Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Bu qədər böyük həcmdə texniki spirtin necə iaşə obyektlərinə yayılması hamımız üçün maraqlıdır.
Ümid edək ki, ötən ay təkrarlanan faciə kimlərinsə məsuliyyətsizliyindən sonra bir daha təkrarlanmayacaq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR