Bakıda borca görə gizlənən 19 nəfər saxlanıldı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də 25 cinayətin üstü açılıb. Qafqazpress.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 19 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR