» » Uşaqların energetik içki, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışması qadağan edilir

Uşaqların energetik içki, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışması qadağan edilir

Müəllif: Səma Zərdablı
//
Tarix: 06 oktyabr 2020
//
Bölmə: Sosial
Uşaqların energetik içki, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışması qadağan edilir


Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.
Qaafqazpress.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu sıraya energetik içkilərin və tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.
İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa isə Əmək Məcəlləsindən çıxarılır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
banner125x125 banner125x125