» » Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi

Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi

Müəllif: Səma Zərdablı
//
Tarix: 26 oktyabr 2020
//
Bölmə: Sosial
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
banner125x125 banner125x125