» » Bakıda tarixi binanı boyayan şəxslər cəzalandırıldı

Bakıda tarixi binanı boyayan şəxslər cəzalandırıldı

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 noyabr 2020
//
Bölmə: Sosial
Bakıda tarixi binanı boyayan şəxslər cəzalandırıldı



Bakı Şəhər İcra Hakimiyyəti Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumata münasibət bildirib.
BŞİH-dən verilən xəbərə görə, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb: “Vətəndaşlara belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə minnətdarlığımızı bildiririk”.
banner125x125 banner125x125