“Yoluxma iki dəfə artacaq” – ÜST rəsmisindən xəbərdarlıq
Qış ayları ilə əlaqədar olaraq koronavirusa yoluxma sayı artıb. Dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-la bağlı vəziyyət ciddidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, vətəndaşlar qaydalara əməl etməsə, koronavirusa yoluxma indikindən iki dəfə çox olacaq.
“Qaydalara əməl edilsə, tibbi maskalardan istifadə olunsa, məsafə saxlansa sayı azaltmaq mümkündür”, – deyə ÜST rəsmisi qeyd edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR