“Azərbaycanlılar öz yurdlarına qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa... ” - VİDEO
“Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayımlayıb.
“Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa” sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunub.
Bildirilib ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi.
Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.
1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edib.
Məqalədə qeyd edilib ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib, bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR