SÜLHMƏRAMLILAR DÖYÜŞ HAZIRLIQLARINA BAŞLADI – SON DƏQİQƏ
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları yeni təsis edilmiş “Xankəndi” və “Xocavənd” poliqonlarında müntəzəm döyüş hazırlığı təlimlərinə başlayıb.
Qafqazpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, atış təlimləri zamanı hərbçilər müxtəlif tipli hədəfləri pulemyot və avtomatlar, snayper, tank əleyhinə qumbaraatanlarla vurub, həmçinin “BTR-82A” zirehli piyada döyüş maşınlarından istifadə edib.
Bundan əlavə, rus sülhməramlıları həm dağda, həm də dərədə hədəflərə əl bombası atıb.
“Rusiyalı sülhməramlılar müşahidə məntəqələrində gecə-gündüz vəzifə yerinə yetirməsinə baxmayaraq, kontingentin komandanlığı döyüş hazırlığı, taktiki-xüsusi, atəş, döyüş maşınları və digər xüsusi avtomobil texnikalarını idarə etmək də daxil olmaqla, əsas döyüş hazırlığı növləri üzrə dərslər planlaşdırıb”, – açıqlamada deyilir.
Ümumilikdə 200-ə yaxın Rusiya hərbçisinin döyüş hazırlığına cəlb edildiyi, 20-dən çox hərbi və xüsusi texnikanın hazırlıqda iştirak etdiyi qeyd olunur.
ONN media
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR