Həftəsonları kafe-restoranlar və ictimai nəqliyyat işləyəcək? – RƏSMİ AÇIQLAMA
“Fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”.
Qafqazpress.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək: “Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR